Amerika Ordusu üçün təqdim olunan dəbilqə və taktik dəst – FOTOLAR

Amerika Xüsusi Təyinatlı Qüvvələri üçün başladılmış Tactical Assault Light Operator Suit (TALOS) proqramı üçün maraqlı dəbilqə və taktik dəst dizaynı təklif edilib. “AzeriDefence”nin xəbərinə görə, dizayner Alex Jessupun hazırladığı dəbilqə və taktik dəst öz orijinallığı ilə fərqlənir.

ABŞ Ordusu tərəfindən seçilmiş dizaynlar noyabrın 19-20-də nümayiş etdiriləcək.

TALOS proqramı çərçivəsində hazırlanmış bədən zirehi və dəbilqə NIJ -IV səviyyəsinə cavab verməlidir. Taktik dəstə situasiya məlumatlandırma və əsgərin fizionomiyasına nəzarət sensorları, rabitə vasitələri, C4 (komanda, nəzarət, rabitə və kompüter), daşınan anten, batareyalar, oksigen sistemi və s. daxil olmalıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş