Amerika Ukraynaya 100 ədəd zirehli HMMWV maşını bağışlayır

ABŞ Müdafiə Nazirliyi Ukraynaya hərbi texnika bağışlanmasına razılıq verib.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyinin (DSCA) təklifində Ukraynaya 100 ədəd HMMWV zirehli avtomobilinin verilməsi nəzərdə tutulur.

Hərbi maşınlar “Artıq hərbi əmlak” (Excess Defense Articles – EDA) proqramı çərçivəsində Ukraynaya bağışlanır.

Ukraynaya veriləcək maşınlardan 85 ədədi M998 zirehli avtomobilləri, 11 ədədi M998A1, 2 ədədi M1097A2 və 2 ədədi M1123 modeli olacaq. Bu hərbi texnikanın ümumi qiyməti 4.1 milyon dollar qiymətləndirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş