Amerikalılar yeni təlim-döyüş təyyarəsini nümayiş etdiriblər

ABŞ-ın “Raytheon” şirkəti yeni təlim-döyüş təyyarəsinin təqdimatını keçirib.

“AzeriDefence”nin məlumatına görə, yeni təlim-döyüş təyyarəsi olan T-100 ABŞ Hərbi Hava Qüvvələrinin istismarına veriləcək və T-38-i əvəz edəcək.

Şirkət təlim təyyarəsi üçün trenajoru da təqdim edib. Təqdimatda bildirilib ki, təyyarə İtaliyada yığılıb.

“Raytheon”un planına əsasən T-100 İtaliyan istehsalı M-346-nın bazasında yaradılıb.  T-100 müasir imkanları, çoxfunksialı displey sensoru və pilot kabinəsi ilə digərlərindən fərqlənir.

Təyyarə saatda 1500 km sürətlə uça biləcək. T-100 digər xarakteriskaları ilə bağlı isə məlumat verilməyib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş