
Amerikanın C-130 “Hercules” təyyarəsi İraqda qəzaya uğrayıb
ABŞ Hərbi Hava Qüvvələrinə (USAF) məxsus C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsi İraqda qəzaya uğrayıb.
Bu barədə “AzeriDefence” TASS xəbər agentliyinə istinadən məlumat verib.
Hadisə Bağdadın şimalında Amerika əsgərlərinin yerləşdiyi “Et-Taci” hərbi bazasında baş verib.
“Lockheed Martin” şirkətinin istehsalı olan C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsİ eniş edərkən uçuş-enmə zolağından kənara çıxıb və divara çırpılıb.
Hadisə nəticəsində dörd hərbi qulluqçunun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib.
KATEQORIYA: Xəbərlər