Amerikanın döyüş təyyarələri “Litening” sistemləri ilə təchiz edilir

Amerikanın döyüş təyyarələri “Litening” sistemləri ilə təchiz edilir

ABŞ Hərbi Hava Qüvvələri ilə “Northrop Grumman” Korporasiyası arasında “Litening” adlı elektro-optik hədəfləmə sisteminin tədarükünə dair növbəti müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” “Northrop Grumman” şirkətinə istinadən məlumat verib.

Təyyarələrin gövdəsinin və ya qanadının altına quraşdırılan “Litening” hədəfləmə qını çəkdiyi tam rəngli rəqəmsal video görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Sistem lazer tədbiqi sayəsində istifadəçiyə hədəfi aşkarlama, izləmə və hədəf axtarışını həyata keçirmək imkanı qazandırır. “Litening” həmçinin idarə olunan sursatların tətbiqinə imkan verir.

Məlumatda o da qeyd edilib ki, “Northrop Grumman” bu günə qədər ABŞ və xarici müştərilərə təxminən 900 ədəd “Litening” elektro-optik hədəfləmə sistemi tədarük edib.

KATEQORIYA:
Bu xəbəri paylaş