Amerikanın yeni idarəolunan mərmsi – ORKA

“BAE Systems” şirkəti 57 mm çaplı Mk 295 Mod 1indeksi almış ORKA (Ordnance for Rapid Kill of Attack Craft) idarə olunan mərmisinin təqdimatını keçirib.

Bu barədə “AzeriDefence” “NavyRecognition” saytına istinadən məlumat verib.

“Sea-Air-Space 2015” sərgisində təqdim olunan yeni mərmi 57 mm çaplı Mk 110 (BAE Systems Bofors Mk 3) gəmi universal avtomatik artilleriya sistemindən atış üçün nəzərdə tutulur.

Hazırda ORKA mərmisi hazırlama mərhələsindədir. Mərmi kiçik ölçülü suüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulur.

Mərmi iki kanallı, yarıaktiv lazer başlığa və hədəfin görüntüsünün yadda saxlanmasından istifadə edən elektro-optik və ya infra-qırmızı başlığa malik olacaq. Sursatda proqramlaşdırılan partladıcılardan istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş