An-70 təyyarəsi seriyalı istehsala tövsiyə olundu

Ukraynada AN-70 geniş füzelyajlı hərbi-nəqliyyat təyyarəsinin qısa və orta uçuşu ilə bağlı dövlət sınaqları başa çatıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə “Antonov” Dövlət Müəssisəsi məlumat yayıb.

Sınaqlarda təyyarənin sistem və avadanlığının verilmiş parametrlər üzrə etibarlılığı təsdiqlənib.

Sınaqlar Ukrayna Silahlı Qüvvələrinin Dövlət Elmi-Sınaq Mərkəzinin uçuş və mühəndis-texniki heyəti ilə birgə keçirilib.

Sınaqların nəticəsinə görə təyyarənin seriyalı istehsalına başlanılması və silahlanmaya qəbulu tövsiyə edilir.

An-70 təyyarəsi silahlı qüvvələrin, hərbi texnikanın və maddi təminat vasitələrinin döyüş bölgəsinə çatdırılması üçün nəzərdə tutulur. Təyyarə uzunluğu 600-800 metr olan qısa qrunt meydançalara qalxa və enə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş