“Anadolu Qartalı-2012/1” təlimləri başlayır

Sabah Türkiyədə “Anadolu Qartalı-2012/1” təlimi başlayır. Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.

Təlim Türkiyə Hava Qüvvələrinin Konyadakı üçüncü Əsas Reaktiv Təyyarələr Komandanlığının bazasında keçiriləcək.

Təlimə Quru Qoşunları, Dəniz Qüvvələri, Hava Qüvvələri Komandanlığı və Baş Qərargahın Xüsusi Təyinatlı Qüvvələr Komandanlığına bağlı ünsürləri qatılacaq.

“Anadolu Qartalı” təlimi aprelin 13-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş