ANAMA 1068 ədəd partlamamış hərbi sursatı zərərsizləşdirib
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2016-cı ilin dekabr ayı ərzində respublika ərazisində 2 352 225 m2 ərazi yoxlanılıb.
Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Yoxlama nəticəsində 1068 ədəd partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə və 13 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib.
Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 130 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.
Agentlik tərəfindən dekabr ayı ərzində təmizləmə əməliyyatları Bakı şəhərində, Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Tərtər, Göygöl, Qazax rayonlarında, o cümlədən paytaxtın Qaradağ rayonu ərazisində və ayrıca Güzdək qəsəbəsində həyata keçirilib.
Ümumilikdə Agentlik tərəfindən indiyədək cəmi 393 832 826 m2 ərazi təmizlənib və nəticədə 754 010 partlamamış hərbi sursat zərərsizləşdirilib.