ANAMA 1232 ədəd partlamamış hərbi sursatı zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu Stalçay kəndi Qızıldərə adlanan ərazidə 1 ədəd partlamamış hərbi sursat (PHS) olan 100 mm-lik top mərmisi OF-15 aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 2 500 kv.m. ərazi yoxlanılıb.

Ümmilikdə Agentlik tərəfindən 01 – 21 yanvar 2017-ci il tarixlərində Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib, 1 232 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 12 470 kv.m ərazi yoxlanılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş