ANAMA 2011-ci ildə 24 507 mina və PHS zərərsizləşdirib

2011-ci ilin dekabr ayında Azərbaycanda 3018169 kvadrat metr ərazi yoxlanılaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatlar nəticəsində 353 PHS, 8 ədəd tank və 6 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis və 118 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək ANAMA tərəfindən 181 472 035 kvadrat metr ərazi təmizlənib, 665 015 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

Ümumilikdə 2011-ci il ərzində ANAMA tərəfindən təmizləmə əməliyyatları Füzuli, Ağcəbədi, Tərtər, Xocavənd, Ağdam, Tovuz və Ağstafa rayonlarında aparılıb. Adıçəkilən rayonlarda 29 851 117 kv.m. ərazi təmizlənib, 24 507 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Agentlik tərəfindən 2011-ci ilin dekabr ayı ərzində 1, 2011-ci il ərzində isə ümumilikdə 3 nəfərin həlak olduğu və 7 nəfərin yaralandığı 8 mina/PHS hadisəsi qeydə alınıb.

KATEQORIYA:
Bu xəbəri paylaş