ANAMA 243 ədəd PHS, 18 ədəd bombacıq, 121 ədəd mina tapıb

ANAMA 243 ədəd PHS, 18 ədəd bombacıq, 121 ədəd mina tapıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 21-31 dekabr tarixlərində Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Qazax, Qubadlı, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 44, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 6 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

ANAMA-dan “Azeri Defence”ə verilən məlumata görə, daxil olmuş 51 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 43 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılıan əməliyyat-axtarış tədbirləri zamanı 243 ədəd partlamamış hərbi sursat (PHS), 18 ədəd bombacıq, 35 ədəd piyada əleyhinə mina, 86 ədəd tank əleyhinə mina, 37 ədəd tank əleyhinə minanın partladıcısı, 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 314 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 31 dekabr 2020-ci il tarixlərində 2 268 siqnal (əməliyyat çağırışı) əsasında 1 793 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib.

1 619 ədəd partlamamış hərbi sursat (PHS), 4 542 ədəd piyada əleyhinə mina, 1 430 ədəd tank əleyhinə mina, 1 912 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 437 ədəd 9N235 bombacıqları, 20 988 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 938 ədəd partlamış raket hissələri aşkar olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş