ANAMA 303 PHS, 17 bombacıq və 91 ədəd mina tapıb

ANAMA 303 PHS, 17 bombacıq və 91 ədəd mina tapıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 30 noyabr – 02 dekabr tarixlərində Ağcabədi, Ağdam, Cəbrayıl, Goranboy, Füzuli, Goranboy, Xocavənd və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 31 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub.

ANAMA-dan “Azeri Defence”ə verilən məlumata görə, daxil olmuş 34 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 55 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 303 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd 9N235 bombacığı, 79 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina, 29 ədəd tank əleyhinə minanın partladıcısı, 3 274 ədəd müxtəlif çaplı patronlar, 5400 qr barıt və 112 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 55 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş