ANAMA: Ağstafada 4 ədəd minaatan mərmisi aşkarlanıb

ANAMA: Ağstafada 4 ədəd minaatan mərmisi aşkarlanıb

Yanvarın 13-də saat 14:57-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Dövlət Sərhəd Xidmətindən Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 2 ədəd minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunub, ətrafında 200 kv.m əraziyə yerüstü baxış zamanı əlavə olaraq 2 ədəd də təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 13 yanvar 2020-ci il tarixlərində 10 siqnal (əməliyyat çağırışı) əsasında 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Xızı, Qazax, Sabirabad, Tovuz rayonları və Bakı şəhəri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq sahəsinə baxış keçirilib,  20 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina, 455 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 2 870 kv.m ərazi yerüstü və 286 kv.m ərazi yeraltı yoxlanılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş