ANAMA aprel ayında keçirdiyi əməliyyatlar barədə məlumat yayıb

ANAMA aprel ayında keçirdiyi əməliyyatlar barədə məlumat yayıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2020-ci ilin aprel ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan “AzeriDefence”ə verilən məlumata görə, aprel ayı ərzində Agentliyə daxil müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Nəticədə Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Qazax, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 10 855 m² (1,09 ha) ərazi yoxlanılıb, 128 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina (cəmi: 130 ədəd) və 797 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Xüsusi karantin dövrü ərzində 32 çağırış olub. Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Qazax, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Nəticədə 11 555 m² (1,2 ha) ərazi yoxlanılıb, 130 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina (cəmi: 132 ədəd) və 797 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 543 456 292 m² (54 345,63 ha) ərazi təmizlənib, 807 315 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2020-ci ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş