ANAMA aprel-dekabr aylarında həyata kecirdiyi əməliyyat-axtarış tədbirlərini açıqlayıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli rayonu “Fin evləri” adlanan ərazidən 1 ədəd partlamamış hərbi sursat (PQ-9, tank əleyhinə raket) aşkar edilərək götürülüb.

Bu barədə “AzerDefence”yə ANAMA-dan məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən bu ilin 7 aprel – 18 dekabr tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib.

Bu zaman 4 021 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş