ANAMA aprelin 25-də cəbhəyanı zonada 346 PHS və bir minanı zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəbhəyanı zonada Ermənistan Silahlı Qüvvələri tərəfindən 2-5 aprel tarixlərində atılmış partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, aprelin 25-də agentlik tərəfindən Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) zərərsizləşdirilib.

Tərtər rayonunun Qapanlı, Qaradağlı, Şıxarx kəndlərində, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində, Füzuli rayonunun Alıxanlı kəndində, Ağdam rayonunun Təzəkənd, Səfərli, Əfətli kəndlərində partlamamış hərbi sursatlar aşkarlanıb.

Bundan başqa, ANAMA tərəfindən Samux rayonunun Kolayır kəndində 344 ədəd 12.7 mm-lik patron aşkar edilib. Samux rayonunda son 4 gün ərzində 3 ədəd OFAB-50 aviabomba, 1 122 ədəd 12.7 mm-lik və 15 ədəd 7.62 mm-lik kiçik çaplı mərmilər, ümumilikdə 1140 ədəd partlamamış hərbi sursat aşkar olunaraq götürülüb.

Aprelin 25-də agentlik tərəfindən yuxarıda adıkeçən ərazilərdə 9 ev, 40 partlayış yeri yoxlanılıb, 346 ədəd partlamamış hərbi sursat və 1 ədəd mina aşkar edilib və 34 120 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-25-ə qədər Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 343 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 287 ədəd partlamamış hərbi sursat və 9 ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirilir.

IMG_7244

IMG-20160425-WA0020

KATEQORIYA:
Bu xəbəri paylaş