ANAMA ermənilərin yaşayış məntəqələrimizə atdıqları mərmilərin bir hissəsini zərərsizləşdirib – HESABAT

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Tərtər, Ağdam, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlarla (PHS) bağlı hesabatını açıqlayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Tərtər rayonu Qapanlı kəndində 5 ev və həyətyani sahələrdə 14 partlayış yerinə baxış keçirilib, 13 ədəd partlamış, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.

Ağdam rayonu Şükürağalı kənd sakini Hümbət Rzayevin həyətinə baxış keçirilmiş, müəyyən olunub ki, həyətə düşən 122 mm-lik top mərmisi 1 metr dərinlikdə tam partlamayıb. Sursatın ətrafında 500 kv.m ərazi yoxlanılıb, təhlükəli sursat və ya partlayıcı qalıqları aşkar edilməyibdir.

Təzəkənd kənd sakini Güloğlan Abbasovun həyətinə düşən sursatara baxış keçirilib,  müəyyən olunub ki, həyətə 2 yerdə düşən top mərmisi 1 metr dərinlikdə tam partlayıb. 1000 kv.m ərazi yoxlanılıb, təhlükəli sursat və ya partlayıcı qalıqları aşkar edilməyib.

Goranboy rayonu Tapqaraqoyunlu kəndində 11 ev və həyətyanı sahələrdə mərmilərin düşüb partladığı ərazilər yoxlanılıb və  sursatların qalıqları çıxarılıb.

Füzuli rayonu Mizənağılı kəndində 3 ev və həyətyanı sahələrdə mərmilərinin düşüb partladığı ərazilər yoxlanılıb. 2 ədəd tam partlamış sursat və 1 ədəd döyüş vəziyyətində olan 82 mm-lik partlamamış minaatan mərmi aşkar olunaraq, götürülüb.

Ümumilikdə, Agentlik tərəfindən 07-12 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 153 ev və həyətyanı sahələrə baxış kecirilmiş, 14 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş