ANAMA: Cocuq Mərcanlıda 21 gün ərzində 9 ədəd partlamamış sursat aşkarlanıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə mina və partlamamış hərbi sursatlardan təmizlənmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Cocuq Mərcanlı kəndində dekabrın 8-də 25 100 (2.51 ha) ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Bikdirilib ki. 21 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 411 780 kv.m (41.18 ha) ərazi tam təmizlənib, 223 826 kv.m (22.38 ha) ərazi 20 sm dərinliyində 172 900 kv.m (17.29 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Əməliyyatlarda 43 nəfərlik şəxsi heyət iştirak edir

KATEQORIYA:
Bu xəbəri paylaş