ANAMA-da öyrədilmiş itlər minatəmizləmə əməliyyatlarına cəlb olunub

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən öyrədilmiş minaaxtaran itlər əməliyyatlara cəlb olunub. Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, ANAMA-nın təlimçiləri tərəfindən öyrədilmiş “Arom” və “Abrek” adlı alman çoban itləri aprel ayında akkreditasiyadan keçib. Ağstafa, Füzuli və Ağdam rayonlarındakı mina sahələrdə fəaliyyət göstərən itlərdən “Aron” avqustun 1-də ilk dəfə tank əleyhinə mina tapıb.

Hazırda ANAMA-nın Göygöl Təlim Mərkəzində 24 alman və Belçika çoban itinin balasına təlimlər keçirilir.

Qeyd edək ki, bu Cənubi Qafqazda öyrədilmiş ilk minaaxtaran itlərdir.

KATEQORIYA:
Bu xəbəri paylaş