ANAMA-da Əsas Humanitar Minatəmizləmə Təlimi başa çatıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl bazasında keçirilən Əsas Humanitar Minatəmizləmə Təlimi başa çatıb. Bu barədə “AzeriDefence”yə Anama-nın mətbuat xidmətindən məlumat verilib.

Agentliyin Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) qurumu tərəfindən keçirilmiş Təlimdə 29 nəfər yeni müdavim və 3 nəfər Xarici Keyfiyyət Yoxlaması bölməsinin işçiləri iştirak Edib.

Bu təlim müddətində müdavimlər ilk yardım, mina və sair hərbi sursatların tanınması, mina detektorlarından istifadə edərək hədəflərin aşkar olunması, minaaxtaran itlər və mexaniki mina təmizləyən maşınlarla birgə əməliyyatlarda iştirak etməsi və sair qaydalara dair bilik və bacarıqlara yiyələniblər

Kursu uğurla başa vuracaq müdavimlərə Əsas Humanitar Minatəmizləmə üzrə sertifikatlar təqdim olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş