ANAMA Daxili Qoşunların 100-dən artıq zabitinə təlim keçib

ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) Qurumu tərəfindən 2014-cü ilin dekabr ayından etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabit heyəti üçün heyəti üçün Beynəlxalq və Milli Mina Aksiyası Standartları əsasında təlim kursları keçirilir.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Artıq 100 nəfər polis və hərbi qulluqcu təlimlərdə iştirak edib. Azərbaycanda hərbi mühəndis istehkam imkanlarının olmasına baxmayaraq, ANAMA tərəfindən keçirilən təlimlər Birləşmiş Millətlər Təşkilatının tələblərinə cavab verən humanitar bilik və bacarıqları tədris edilməkdədir. DİN üçün keçirilən təlimlər aşağıdakı əsas mövzulardan ibarət olub:Təhlükəsizlik və texniki standartlar, yer minaları, xüsusi partlayıcı qurğular, Partlamamış və Tərk olunmuş Hərbi Sursatlar, əl qumbaraları, artilleriya və minaatan mərmiləri, raketlər, kasset (səpmə) sursatlar, əldə düzəlmə partlayıcı tələlər, improvizə edilmiş qurğular, rabitə, maqnetik lokator və mina detektorlarından istifadə qaydaları, əllə minaaxtarma üsulları, tədqiqat növləri ilə tanışlıq, Mina təhlükəsi üzrə maarifləndirmə, naviqasiya, yolların təmizlənməsi, binalara və avtomaşınlara girişin məsafədən açılması, zərərçəkənin evakuasiyası, naqilsiz təlim minalarının istifadəsi ilə praktiki minaaxtama məşqləri, ərazinin vizual axtarışı, partlayıcı maddələr və partlayış işlərilə tanışlıq, təhlükə radiusunun təxmin edilməsi, partlayıcı yükün/maddənin yerləşdirilməsi, partlamamış hərbi sursatların həqiqi partlayışlar vasitəsilə məhv edilməsi işləri və sair.

KATEQORIYA:
Bu xəbəri paylaş