ANAMA: Dekabr ayında 3 mina, 77 PHS zərərsizləşdirilib

ANAMA: Dekabr ayında 3 mina, 77 PHS zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2019-cu ilin dekabr ayı ərzində 1 291 944 kv.m (129,19 ha) ərazi yoxlanılaraq mina və partlmamamış hərbi sursatlardan (PHS) təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, əməliyyatlar zamanı 77 ədəd PHS, 2 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

Agentlik tərəfindən 2019-cu il ərzində ümumilikdə 9 059 900 kv.m (906 ha) ərazi yoxlanıb. 4 637 ədəd PHS, 32 ədəd piyada əleyhinə mina və 32 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 541 229 088 kv.m (54 122,91 ha) ərazi təmizlənib. 805 856 ədəd mina və PHS tapılıb.

2019-cu ilin dekabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş