ANAMA direktoru: Döyüşlər başlayandan bu günə kim 727 ədəd PHS, 5440 ədəd mina aşkar edilib

ANAMA direktoru: Döyüşlər başlayandan bu günə kim 727 ədəd PHS, 5440 ədəd mina aşkar edilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 27 sentyabr – 30 noyabr tarixlərində 2 061 siqnal əsasında 1 543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

AZERİ DEFENCE saytının məlumatına görə, bu barədə ANAMA-nın direktoru Qəzənfər Əhmədov bu gün keçirilən brifinqdə deyib.

Qəzənfər Əhmədov bildirib ki, əməliyyatlar nəticəsində 727 ədəd partlamamış hərbi sursat (PHS), 4 330 ədəd piyada əleyhinə mina, 1 110 ədəd tank əleyhinə mina, 1 743 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 393 ədəd kaset bombacıqları, 10 730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmiş), 2 ədəd raketin mikrosxemi və 1 643 ədəd partlamamış raket hissələri aşkar olunub.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş