ANAMA döyüş bölgəsində yaşayan sakinlərə müraciət edib

ANAMA döyüş bölgəsində yaşayan sakinlərə müraciət edib

“Qoşunların qarşıdurma xətti boyunca yerləşən yaşayış məntəqələrində yaşayan yerli sakinlər qarşılaşdıqları naməlum əşyalara toxunmamalı, xüsusilə uşaqlarını hərbi sursatlardan kənar saxlamalıdır”.

Azeri Defence saytının APA-ya istinadən verdiyi məlumata görə, bunu ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov deyib.

O bildirib ki, ermənilərin ağır artilleriyadan atəşə tutduğu yaşayış məntəqələri və əkin sahələri hərbi sursatla çirklənmiş ərazi hesab olunur: “Atəşə tutulan həmin ərazilər təhlükəli ərazi hesab olunur. Atəşkəsdən sonra həmin ərazilər ANAMA-nın əməliyyat qrupları tərəfindən tam təmizlənəcək.

Sakinlərə tövsiyə edirik ki, evlərinə qayıtdıqdan sonra gördükləri əşyalar və sursatlar barədə dərhal “102”, “113” xidmətlərinə, yaxud da ANAMA-ya məlumat versinlər. Heç bir əşyaya toxunmasınlar, uşaqları yaxına buraxmasınlar”.

KATEQORIYA:
Bu xəbəri paylaş