ANAMA: Ermənilər mülki əhaliyə qarşı qadağan olunmuş ağ fosfor tərkibli sursatdan isrifadə etdilər

ANAMA: Ermənilər mülki əhaliyə qarşı qadağan olunmuş ağ fosfor tərkibli sursatdan isrifadə etdilər

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən oktyabrın 8-də  Füzuli rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd tüstülü 122 mm-lik top mərmisi (D-4) aşkar olunub.

Bu barədə Azeri Defence saytına ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, aşkar olunmuş mərminin tərkibində 3,6 kq ağ fosfor (P-4) vardır ki, bu cür mərmilərin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağandır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş