ANAMA ermənilərin atdığı raket və top mərmilərini partlayış yolu ilə zərərsizləşdirib

ANAMA ermənilərin atdığı raket və top mərmilərini partlayış yolu ilə zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) oktyabrın 13-də Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Oğuz, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sistemindən 10 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

ANAMA-dan Azeri Defence saytına verilən məlumata görə, daxil olmuş 11 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Alıbəyli kəndi, Ağcabədi rayonunun Rəncbərlər kəndi və E.Sadıqov küçəsi, Bərdə rayonunun Hacılar, Füzuli rayonunun Horadiz şəhəri, Oğuz rayonunun Xaçmaz kəndi, Tərtər rayonunun Borsunlu, Seydimli kəndləri və Gəncə şəhəri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 12 ədəd partlamış mərmi qalığı aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 722 ədəd bombacıq, 1 ədəd 152 millimetrlik top mərmisi, 1 ədəd tərkibində 72 ədəd bombacığı olan raket və 1 ədəd dronunun partladıcısı partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 805 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə agentlik tərəfindən sentyabrın 27-dən oktyabrın 13-dək 537 əməliyyat çağırışı əsasında 489 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Oğuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib.

Nəticədə 88 ədəd partlamamış hərbi sursat, 1 141 ədəd bombacıq, 1 180 ədəd müxtəlif çaplı patron, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 2 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 190 ədəd partlamış raket hissələri aşkar olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş