ANAMA ermənilərin yaşayış məntəqələrinə atdığı 14 ədəd PHS, 12 ədəd TƏİR zərərsizləşdirib

ANAMA ermənilərin yaşayış məntəqələrinə atdığı 14 ədəd PHS, 12 ədəd TƏİR zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Xızı, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 67 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil.

ANAMA-dan Azeri Defence saytına verilən məlumata görə, daxil olmuş 70 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun E.Sadıqov küçəsi, Muğanlı kəndi, Diləğanlı kəndi, Muğanlı kəndi, Boyat kəndi, Minəxorlu kəndi, Rəncbərlər kəndi, Poladlı kəndi, Cəfərli kəndi və Hindarx qəsəbəsi, Ağdam rayonu Alıbəyli və Mərzili kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Alxanlı kəndi və 5-ci Zobcuq qəsəbəsi, Goranboy rayonunun Goran qəsəbəsi və Boluslu kəndi, Şəmkir rayonunun Sabirkənd kəndi, Xızı rayonunun Türkoba kəndi, Tərtər rayonunun İ.İsgəndərov küçəsi, Gəncə, Mingəçevir və Beyləqan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 66 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat (2 ədəd 300 mm-lik raket (9M528), 12 ədəd tank əleyhinə idarə olunmayan raket (5 ədəd PQ-22, 3 ədəd PQ-9 və 4 ədəd PQ-7) və 32 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket yerində işarələndi və növbəti iş günü ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçiriləcəkdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş