ANAMA ermənilərin atdığı top və minaatan mərmilərini zərərsizləşdirib – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəbhəyanı zonada Ermənistan Silahlı Qüvvələri tərəfindən 2-5 aprel tarixlərində atılmış partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, aprelin 21-də 10 evə baxış keçirilib. Nəticədə 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi) aşkarlanıb. 39 partlayış yeri, 2 əkin sahəsi və 32 250 kv.m ərazi yoxlanılıb.

21 aprel 2016-cı il tarixində Agentlik tərəfindən  əməliyyatlar Tərtər rayonunun Qaradağlı və Qapanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz şəhəri və şəhər ətrafında, Ağdam rayonunun Ballar və Yusifcanlı kəndlərində aparılıb.

Ümumilikdə, Agentlik tərəfindən 7-21 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 310 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış kecirilib. Əməliyyatlar zamanı 139 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

IMG-20160421-WA0039

IMG-20160421-WA0027

IMG-20160421-WA0029

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş