ANAMA fevralda 153 PHS və 4 ədəd tank əleyhinə minanı zərərsizləşdirib

Cari ilin fevral ayında Azərbaycanda 2 234 482 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Nəticədə 153 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

Ümumilikdə, ANAMA tərəfindən indiyədək cəmi 185 850 161 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 665354 olub.

Hazırda ANAMA tərəfindən mina/PHS əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Göygöl, Qazax, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş