ANAMA fevralda 2,3 milyon kvadratmetr ərazini mina və PHS-dən təmizləyib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən fevral ayı ərzində 2 378 908 kvadratmetr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar nəticəsində 80 ədəd PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər əməliyyat heyəti və 125 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək cəmi 318 680 964 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 715 603 ədəd olub.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər, Tovuz, Samux, Şəmkir və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

Fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş