ANAMA əfqan uşaqlarını minalar haqda malumatlandırır

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 2 əməkdaşı Əfqanıstanın paytaxtı Kabil şəhərinə səfər edib. ANAMA-dan “AzeriDefence” saytına verilən məlumata görə, ANAMA nümayəndələri Azərbaycanın Əfqanıstana qeyri-hərbi yardımları çərçivəsində dəri dilində nəşr olunmuş Mina Təhlükəsinə dair Maarifləndirmə dərsliyini Əfqanıstan Təhsil Nazirliyinə təqdim edəcəklər.

Səfər çərçivəsində ANAMA-nın əməkdaşları Fikrət Əliyev və Musa Cəçlalov tərəfindən Əfqanıstanda bu dərslikləri orta məktəblərdə tədris edən müəllimlərə treninqlər keçiləcək.

Qeyd edək ki, ANAMA tərəfindən 2011-ci ilin dekabr ayında 15 min ədəd Mina Təhlükəsinə dair Maarifləndirmə dərsliyi çap olunaraq Əfqanıstana göndərilib.

Azərbaycanda mina aksiyasının əsas fəaliyyət istiqamətlərindən sayılan Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) əhali arasında düzgün davranış qaydalarının və xəbərdarlıq mesajlarının yayılması yolu ilə onların təhlükəsizliyinə təminat verir və həm də inkişaf layihələrini mina və müharibənin partlamamış qalıqları təhlükəsindən qorunmasına xidmət edir. Hazırda bu program 24 rayonun əhalisini, eləcə də düşərgələrdə və sərhədyanı yaşayış məntəqələrində məskunlaşmış məcburi köçkünləri əhatə edir.

KATEQORIYA:
Bu xəbəri paylaş