ANAMA Füzulidə partlayıcı sursat aşkarlayıb

ANAMA Füzulidə partlayıcı sursat aşkarlayıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində evin həyətində qazıntı işləri aparılarkən mərmininin tapılması barədə məlumat daxil olub.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumat görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd QDT-90 partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partladıcının ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş