ANAMA Füzulidə çox sayda mərmi, döyüş sursatı və minanı zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Füzuli rayonu Alxanlı kəndi ərazisindəki otlaq sahəsində 24 ədəd 82 mm-lik minaatan mərmisi (O-832), 4 ədəd PQ-9 raketinin gilizi, 1 ədəd 122 mm-lik top mərmisi (OF-462P), 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26), 18 ədəd 5.45 çaplı patron, 25 ədəd mina (23 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) və 2 ədəd piyada əleyhinə mina (OZM-72)) aşkar edilib.

Daşınması mümkün olmadığına görə, PHS-lər yerində zərərsizləşdirilib. Nəticə etibarilə 2100 kv.m ərazi yoxlanılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş