ANAMA Gəncədə əməliyyat keçirib

ANAMA Gəncədə əməliyyat keçirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)  Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhəri, N.Nərimanov küçəsi 1-ci döngə, ev 5, mənzil 21-in zirzəmisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”ə verilən məlumata görə, Agentliyin mütəxəssisləri yuxarıda adı qeyd olunan ərazidə təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparıblar. Nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının və partladıcıların ətrafında 80 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş