ANAMA Gəncə poliqonunda əməliyyatlar aparır

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Böyük Gəncə poliqonunun 13 milyon kvadratmetrlik ərazisində minatəmizləmə əməliyyatı aparacaq.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

A.Aslanovun sözlərinə görə, əməliyyatlar ötən il başlayıb və bu günədək 8 milyon kvadratmetrədək ərazi yoxlanılaraq təmizlənib. Əməliyyatlar zamanı ərazidən çox sayda təlim sursatları və onların hissələri tapılıb.

Böyük Gəncə poliqonunun ərazisi Gəncənin iqtisadi inkişafı proqramı çərçivəsində təmizlənir. Sözügedən proqram çərçivəsində ərazidə yaşıllaşdırma işləri aparılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş