ANAMA genişmiqyaslı minatəmizləmə əməliyyatlarını dayandırıb

ANAMA genişmiqyaslı minatəmizləmə əməliyyatlarını dayandırıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) COVID-19 pandemiyası ilə əlaqədar geniş miqyaslı mina təmizləmə əməliyyatlarını müvəqqəti olaraq dayandırıb.

Bu barədə „AzeriDefence“ə ANAMA-dan məlumat verilib.

Bununla belə, hökümətin fövqəladə tapşırıqları ilə əlaqədar olaraq Partlayıcı Sursatların Zərərsizləşdirilməsi üzrə təcili və təxirəsalınmaz tapşırılqarı icra etməyə davam edir.

Agentlikdən bildirilib ki, Beynəlxalq və Milli Mina Fəaliyyət Standartlarına və müvafiq nəşrlərə istinad edərək ANAMA insanlar və inkişaf layihələri üçün mina və müharibənin partlayıcı qalıqlarından azad və təhlükəsiz mühiti təmin etmək üçün müxtəlif növ  avadanlıqlardan, Mina Axtaran İtlərdən, mexaniki mina təmizləyici maşınlardan istifadə edir: “Biz Mina/MPQ təhlükəsi üzrə maarifləndirmə işlərini davam etdirir və zərərçəkənlərin ehtiyaclarını müvafiq qurumlarla əlaqələndiririk. Həmçinin biz yerli və beynəlxalq heyət üçün təlimlər keçirir, eləcə də ölkəmiz daxilində və onun xaricində fəaliyyət göstəririk. ANAMA Azərbaycan üçün mina və MPQ-lərlə bağlı problemləri həll edən əsas qurumlardan biri olaraq qalır”.

Qeyd edək ki, 1998-ci ildən bu günə qədər ANAMA tərəfindən 543 445 437 kv.metr təhlükəli ərazilər təmizlənərək təhlükəsiz istifadə üçün təhvil verilib. Agentlik tərəfindən 807185 ədəd mina və müharibənin partlayıcı qalıqları aşkar edilərək məhv edilib.  Hazırda ANAMA ilk əlaqə yaradılacaq bir agentlik olaraq Daxili İşlər Nazirliyi (102 – Polis Çağrı Mərkəzi), Fövqəladə Hallar Nazirliyi (112 – Çağrı Mərkəzi), Dövlət Sərhəd Xidməti və digər orqanlardan müraciətləri  qəbul edərək qısa müddətdə təcili əməliyyat hərəkətlərini icra edir.

“Azərbaycan müharibə vəziyyətindədir və 20% torpaqları işğal altında qalmaqdadır. Biz çox çalışmalı və texniki potensialımızı inkişaf etdirməyə davam etməliyik. Çünki güman edirik ki, Azərbaycanın mina və müharibənin partlayıcı qalıqlarından tamamilə azad olmasını təmin etmək üçün uzun və çətin bir yol keçməli olacağıq”, – deyə ANAMA-nın direktoru Qəzənfər Əhmədov qeyd edib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş