ANAMA gələn il Ceyrançöl layihəsinin ikinci fazasına başlayır

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2014-cü ilin iyun ayında Ceyrançöl layihəsinin ikinci fazasına başlayacaq. “AzeriDefence”nin xəbərinə görə, bu barədə jurnalistlərə ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verib.

N. İsmayılovun sözlərinə görə, iki il davam edəcək ikinci fazayla bağlı artıq Azərbaycan hökuməti və NATO razılığın ifadə edib.

“Bundan sonra isə üçüncü faza başlanacaq. Ümumilikdə iki və üçüncü mərhələlər 5-6 il vaxt aparacaq və nəticədə Azərbaycanın Ağstafa rayonunda, Gürcüstanla sərhəddə 60 milyon kvadratmetr ərazi mina və PHS-lərdən təmizlənəcək”, – deyə Agentlik rəhbəri vurğulayıb.

İyun ayında Ceyrançöldə əməliyyatlar zamanı 1500-ə yaxın sursat və mina tapılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş