ANAMA Goranboyda aviabombaları zərərsizləşdirdi – FOTOLAR

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Goranboy rayonunda çox sayda partlamamış döyüş sursatı zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Goranboy rayon İcra Hakimiyyətindən ANAMA-ya daxil olan müraciətə və Nazirlər Kabinetinin 7 mart 2016-cı il tarixli tapşırığına müvafiq olaraq, Agentliyin mütəxəssisləri Goranboy rayonunun Xınalı və Kələk kəndi ərazisində aşkar olunmuş 7 ədəd ədəd müxtəlif çaplı partlamamış, 90 ədəd partlamış hərbi sursat və 24 ədəd aviabombanı təhlükəsiz şəkildə götürüb

Sursatlar Agentliyin Ağstafa rayonu Saloğlu kəndi ərazisində yerləşən mərkəzi partlayış ərazisinə aparılaraq və müvafiq Standart Əməliyyat Prosedurlarına uyğun şəkildə zərərsizləşdirib.

seod1

seod2

KATEQORIYA:
Bu xəbəri paylaş