ANAMA gürcü minaaxtaranlarını öyrətməkdə davam edir

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gürcüstan Müdafiə Nazirliyinin əməkdaşları üçün növbəti təlim kursuna başlayıb. Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) mailyyələşdirdiyi layihə çərçivəsində Gürcüstanda keçirilən təlim əvvəlki kurslarda verilmiş biliklərin sahədə praktik tətbiqini əhatə edir.

NAMSA-nın dəstəklədiyi layihə çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin əməkdaşları üçün 6 və 3 ay müddətlərində ANAMA-nın Göygöldə yerləşən bazasında partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə və Gürcüstanda keyfiyyətə nəzarət/keyfiyyətə təminat, təlimatlandırmanın əsasları, sahə supervayzeri və informasiyanın idarəolunması üzrə ümumilikdə 9 kurs keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş