ANAMA işğaldan azad olunan ərazilərdə 9 584 ədəd mina, 7 081 ədəd PHS zərərsizləşdirib

ANAMA işğaldan azad olunan ərazilərdə 9 584 ədəd mina, 7 081 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, Bərdə-Ağdam, Füzuli (Horadiz)-Zəngilan (Ağbənd) dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Ağdam, Qubadlı və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.

2020-ci il 27 sentyabr tarixindən etibarən aparılan minatəmizləmə əməliyyatları zamanı 16 586 032 kv.m (1,586 ha) ərazi yoxlanılıb, 9 584 ədəd piyada və tank əleyhinə minalar, 7 081 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib.

Agentlik bir daha bildirir ki, işğaldan azad edilən ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş