ANAMA iyunda 214 ədəd PHS, 5 ədəd mina aşkarlayıb

ANAMA iyunda 214 ədəd PHS, 5 ədəd mina aşkarlayıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2020-ci ilin iyun ayı ərzində Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Şəmkir, Tərtər rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 731 034 m² (73,1 ha) ərazi yoxlanılıb.

ANAMA-dan “AzeriDefence”ə verilən məlumata görə, iyun ayı ərzində Agentlik tərəfindən 214 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd tank əleyhinə mina (cəmi: 219 ədəd) və 47 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 116 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İyun ayı ərzində müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olubr ki, nəticədə Ağstafa, Füzuli, Goranboy, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Şəmkir, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 10 730 m² ərazi yoxlanılmış, 46 ədəd partlamamış hərbi sursat, 4 ədəd tank əleyhinə mina (cəmi: 50 ədəd) və 47 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 544 786 682 m² (54 478,67 ha) ərazi təmizlənib, 807 819 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2020-ci ilin iyun ayı ərzində Ağstafa rayonu ərazisində mina hadisəsi qeydə alınıb, nəticədə 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş