ANAMA may ayında 404 ədəd PHS, 81 ədəd tank əleyhinə və 16 ədəd piyada əleyhinə mina zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən may ayı ərzində 1 633 964 kvadratmetr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 404 ədəd PHS, 81 ədəd tank əleyhinə və 16 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək cəmi 402 398 761 kvadratmetr ərazi təmizlənib. Nəticə etibari ilə 761 889 mina və PHS tapılaraq zərərsizləşdirilib.

May ayında mina/PHS hadisəsi qeydə alınmayıb.

Qeyd edək ki, may ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Gəncə, Tərtər, Qəbələ, Mingəçevir, Siyəzən rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş