ANAMA-nın əməkdaşı IMSMA Əsas İdarəetmə Təlimində iştirak edir

ANAMA-nın əməkdaşı IMSMA Əsas İdarəetmə Təlimində iştirak edir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Əməliyyatlar və İnformasiya üzrə mütəxəssisi İdris İsmayılov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) təşkilatçılığı ilə İsveçrənin Spiez şəhərində keçirilən Mina Aksiyası üzrə İnformasiyanın İdarəedilməsi (IMSMA) Əsas İdarəetmə Təlimində iştirak edir.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Təlim kursu IMSMA Core proqram təminatını idarə etmək və mütəxəssislərin fəaliyyət göstərdikləri təşkilatlarına effektiv şəkildə məlumatın idarəedilməsi xidmətlərini göstərmək üçün milli mina fəaliyyət proqramlarında Məlumatın İdarəedilməsi potensialını artırmaq məqsədi daşıyır.

Təlim kursu martın 20-də başa çatacaq.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş