ANAMA-nın əməkdaşı minaya düşüb

ANAMA-nın əməkdaşı minaya düşüb

Bu gün ANAMA-nın Təmizləmə Qrupunun minaaxtaranı, 11 iyun 1967-ci il təvəllüdlü Zeynalov Telman Bəbir oğlu Cəbrayıl rayonu ərazisində minatəmizləmə əməliyyatı həyata keçirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb.

Bu barədə “Azeri Defence” saytına ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, partlayış nəticəsində Agentliyin əməkdaşının sol ayağı topuq nahiyəsindən amputasiya olunub. Hal-hazırda, o Füzuli rayon Diaqnostika Mərkəzinə yerləşdirilib və vəziyyəti stabil ağırdır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş