ANAMA-nın baş direktoru: “Sərhəd rayonlarında Azərbaycan Milli Ordusu xeyli irəliləyib”

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov “New Baku Post” qəzetinə müsahibə verib. “AzeriDefence”nin məlumatına görə, N. İsmayılov müsahibədə ANAMA-nın fəaliyyəti, eləcə də ölkədə aparılan mina təmizləmə əməliyyatları ilə bağlı bir sıra maraqlı məlumatları səsləndirib.

Torpaqların qaytarılması prosesində irəliləyişlərin olduğunu deyən ANAMA – nın direktorunun sözlərinə görə, son 2-3 il ərzində sərhəd rayonlarında Azərbaycan Milli Ordusu xeyli irəliləyib.

“Artıq təxminən 4 milyon kvadrat metr ərazi minalardan təmizləmək üçün bizə təhvil verilib. Əvvəllər həmin ərazilərdə işləyə bilmirdik, çünki ermənilərin nəzarəti altında idi”, – deyə N. İsmayılov vurğulayıb.

N. İsmayılov bildirib ki, Dünya Bankının ekspertləri ilə aparılmış tədqiqatlara görə, hazırda işğal altında olan bölgələrdə 500-800 milyon kvadrat metr ərazinin mina və PHS ilə çirklənməsi ehtimal olunur.

N. İsmayılovun sözlərinə görə, Ermənistan Ordusunun cəbhə xəttindəki hərbçiləri tərəfindən Ağdamda və Qazaxda işləyən minaaxtaranlara tez-tez atəş açılır, onların fəaliyyətinə maneçilik törədilir.

http://bakupost.az/siyaset/20121201104745077.html

KATEQORIYA:
Bu xəbəri paylaş