ANAMA-nın çevik əməliyyat qrupu partlayış baş verən əraziyə ezam olunub

Müdafiə Nazirliyinin hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin  (ANAMA) çevik əməliyyat qrupu hadisə yerinə ezam olunub.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Hazırda ANAMA-nın icraçı direktoru Qəzənfər Əhmədov başda olmaqla Agentliyin mütəxəssisləri hadisə yerindədir. ANAMA-nın əməkdaşları tərəfindən hadisə yerinə  ilkin baxış keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş