ANAMA-nın direktoru Mina Proqramları üzrə Milli Proqram rəhbərlərinin toplantısına qatılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov Mina Əməliyyatları üzrə Milli Proqram direktorları və BMT nümayəndələrinin 20-ci toplantısına qatılıb.

“AzeriDefence”nin məlumatına görə, İsveçrənin Cenevrə şəhərində keçirilən toplantıda dünyada humanitar minatəmizləmə proqramlarının gedişi, layihələrin maliyyələşdirilməsi, piyadalar əleyhinə minalarla bağlı vəziyyət müzakirə olunur.

Tədbirdə minatəmizləmə mərkəzləri ilə yanaşı donor təşkilatlar da iştirak edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş