ANAMA-nın icraçı direktoru: “İşğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərinə hazırıq”

“ANAMA Ermənistan Ordusunun işğalından azad edilən ərazilərin minadan və digər partlamamış hərbi sursatlardan təmizlənməsinə hazırdır”.

“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın icraçı direktoru Qəzənfər Əhmədov deyib.

O bildirib ki, ANAMA ərazilərin təmizlənməsinə həm texniki, həm də canlı qüvvə baxımından tam hazırdır: “ANAMA-nın bu məqsədlə fəaliyyət planı da hazırdır. Proses zamanı əlavə olaraq zəruri avadanlıqlarla da təchizat həyata keçiriləcək”.

Q. Əhmədovun sözlərinə görə, tapşırıq verildikdən sonra ərazilərin təmizlənməsinə başlanılacaq: “Hesab edirik ki, məcburi köçkünlər – mülki vətəndaşlarımız öz evlərində təhlükəsiz yaşamalıdırlar”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş