ANAMA-nın nümayəndə heyəti NATO-nun Baş Qərargahında olub

Azərbaycan nümayəndə heyəti NATO-nun Baş Qərargahında keçirilən “Kiçik çaplı atıcı silahlar və Mina Aksiyası”na həsr olunmuş toplantıda iştirak edib.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, NATO yanında Nümayəndəliyin 2-ci katibi Elçin Allahverdiyev, ANAMA-nın direktoru Qəzənfər Əhmədov və Əməliyyatlar üzrə mütəxəssisi Tural Məmmədzadə iştirak ediblər.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinə NSPA tərəfindən Azərbaycan üçün bütün növ xidmət və təkliflərlə bağlı yenilənmiş xülasə təqdim olunub.

ANAMA Direktoru NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Apaturay, NSPA Baş Direktoru Peter Dohmen, Türkiyənin NATO yanında nümayəndəliyinin başçısı Mehmet Fatih Ceylan və ABŞ-ın NATO yanında Nümayəndəliyinin müavini Earle Litzenbergerle görüşüb.

Öz növbəsində, ANAMA tərəfindən Azərbaycanda hərbi sınaq poliqonlarının Mina və Partlamamış Hərbi Sursatlardan təmizlənməsi üzrə prezentasiya təqdim edilib. Bu təqdimatın əsas məqsədi Azərbaycanda Etimad Fondu layihəsinin II mərhələsinin hazırki durumu və layihənin III mərhələsi istiqamətində atılacaq addımların işıqlandırılması olub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş